AZ

"Evlər meşələrə yaxın tikilib" - Ayıların kəndlərə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ayıların kəndlərə yaxın ərazilərdə görünməsi və təsərrüfatlara ziyan vurması halları yaşayış evlərinin və həyətyanı sahələrin dağlıq və meşə ərazilərinə yaxın yerləşməsi ilə bağlıdır.

Bunu Far.Az-ə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Quba rayonunun meşəyə yaxın bir neçə kəndinə ayıların hücum etməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kəndlərin meşə ilə sərhəd ərazilərdə yerləşməsi bu cür halların baş verməsinə səbəb olur.

"Qeyd edək ki, ayı Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilmiş nadir və qorunan heyvan növüdür. Onların ovlanması və vurulması qanunvericiliklə qəti şəkildə qadağandır. Vətəndaşlara tövsiyə olunur ki, meşəətrafı ərazilərdə daha diqqətli olsunlar, mal-qaranı nəzarətsiz buraxmasınlar və bu kimi hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat versinlər", - Arzu Babayeva bildirib.

Banu Hüseynli

***14:45

Qubanın Qımılqazma kəndində ayıların hücumu nəticəsində sakinlərə ciddi ziyan dəyib.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə dünən axşam saatlarında baş verib.

Sakinlərin sözlərinə görə, ayılar kəndə daxil olaraq təsərrüfata hücum edib. Nəticədə 20 baş heyvan tələf olub, bir neçə bağ və bostan sahəsinə də zərər dəyib.

Kənd camaatı bildirir ki, bu, son aylarda baş verən ilk belə hadisə deyil. Onlar aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini istəyirlər.

Qeyd edək ki, dünəndən bəri Qubanın Səbətlər, Xanagah və Qımılqazma kəndlərinə ayı hücumları olub

Seçilən
9
far.az

1Mənbələr