AZ

Tramp Bakını sevindirdi, Ərdoğan hazırlığa başladı Türkiyəni həyəcanlandıran qərar

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ilin ən maraqlı siyasi hadisələrindən biri kimi dəyərləndirilir. Onun ABŞ Prezidenti Donald Trampla görüşündə bir sıra vacib məsələlərin müzakirə olunacağı gözlənilir.

Sirr deyil ki, Co Bayden dönəmində Vaşinqtonun Bakı ilə yanaşı, Ankara ilə də münasibətləri gərginləşmişdi. Xüsusilə F-35-lərin satışı məsələsi və Türkiyəni hədəf alan qərarlar, o cümlədən, Baydenin “erməni soyqırımı”nı tanıması vəziyyəti çətinləşdirdi.

Ərdoğanın səfəri Ağ Evin Ankaraya münasibətini dəyişə bilərmi? Tramp Azərbaycana qarşı 907-ci düzəlişi ləğv etdiyi kimi, Türkiyənin F-35 alması üçün də imkan yaradacaq?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci sessiyası çərçivəsində əksər dünya ölkələrinin liderləri ABŞ-da bir sıra müzakirələrdə iştirak edir:

“Türkiyə bu toplantını xüsusilə İsrailə qarşı ictimai rəy formalaşdırmaq üçün fürsət kimi görür. Bu məqsədlə, hələ iclasdan əvvəl bir çox diplomatik əlaqələr qurulub, həmçinin İslam Əməkdaşlıq Təşkilatının sammitində İsraillə bağlı mühüm qərarlar qəbul edilib.

Bundan sonra Tramp “Ərəb Liqası” kimi ifadə olunan ərəb dünyasının mühüm nümayəndələri ilə görüşəcəyini bildirib. Hətta ABŞ prezidentinin oğlu Türkiyəyə gələrək Ərdoğanla xüsusi bir görüş də keçirdi. ABŞ–Türkiyə münasibətləri strateji xarakter daşısa da, bəzən regional məsələlərə baxış fərqliliyi səbəbindən böhranlar üzə çıxa bilir.

8 avqustda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşü nəticəsində Vaşinqtonun Bakıya baxış bucağının müsbət istiqamətdə dəyişməsi, bu ölkənin Türkiyə ilə münasibətlərinə də ciddi töhfə verdi. ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi Türkiyəyə yanaşmanı da dəyişəcək”.

Hasan Oktay

Politoloq bildirib ki, CAATSA sanksiyaları, F-35 böhranı və Türkiyə–İsrail münasibətlərindəki gərginlik ABŞ tərəfindən yaxından izlənilir:

“Böyük ehtimalla Ərdoğan–Tramp görüşündə bu sanksiyalar müzakirə olunacaq. Eyni zamanda, ABŞ-dakı yəhudi lobbisinin İsrailin Baş naziri Benyamin Netanyahunun təsiri ilə Trampa təzyiq göstərməsinin də bu görüşdə bir şəkildə həllinə çalışılacaq.

Çünki Trampın Netanyahu ilə münasibətləri hər nə qədər zahirdə yaxşı təqdim edilsə də, əslində baş nazir Ağ Ev rəhbərini o qədər də ciddiyə almadığı görüntüsü yaradır. Bu da Tramp üçün qəbulolunmaz bir vəziyyətdir. Lakin ABŞ prezidenti 2026-cı ilin noyabrında keçiriləcək Senat seçkilərini nəzərə alaraq daha siyasi davranır və hazırda yəhudi lobbisini incitmək istəmir.

Türkiyənin BMT-nin 80-ci sessiyası öncəsi həyata keçirdiyi diplomatiya nəticəsində toplantı zamanı bütün liderlərin İsrail əleyhinə çıxışlar etməsi və eyni zamanda Fələstin dövlətini tanıyacaqları ehtimalı Ərdoğan–Tramp görüşünün ən önəmli gündəm maddələrindən biri olacaq.

Vaşinqton Bakıya tətbiq etdiyi sanksiyaları ləğv etdiyi kimi, Türkiyəyə qarşı məhdudiyyətləri də yavaş-yavaş aradan qaldıracaq. Nəticədə Yaxın Şərqdə bir sülh mühiti yaradılaraq ABŞ-ın Çin strategiyasına doğru hərəkət etməsinin önü açılacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
globalinfo.az

1Mənbələr