AZ

Rusiya səhiyyəsindən “sürpriz” Səhvən xəstənin sağlam böyrəyini kəsib çıxarıblar

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyada bütün dünya mətbuatının diqqətini cəlb edən hadisə baş verib. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Buryatiyadakı xəstəxanada MRT nəticələrinin qarışıq düşməsi nəticəsində həkimlər xəstənin sağlam böyrəyini kəsib çıxarıblar.

Buryatiya Respublika Onkologiya Mərkəzində MRT-nin nəticələri qarışdırılıb və 65 yaşlı pensiyaçının sağlam böyrəyi çıxarılıb.

Xəstə jurnalistlərə açıqlamasında böyrəyində guya şiş aşkarlanması ilə əlaqədar mərkəzə göndərildiyini bildirib. Aprelin əvvəlində o, MRT-dən keçib və böyrəyində 9 sm-lik şiş aşkarlandığı bildirilib. Onu əməliyyata təyin ediblər və böyrəyi çıxarılıb.

Əməliyyatdan az sonra məlum olub ki, MRT-nin cavabı onun yox, başqa bir xəstənindir. Bu dəhşətli səhv, çıxarılan böyrəkdə heç bir şiş göstərməyən biopsiyadan sonra aşkar edilib.

İstintaq Komitəsi sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb. Zərərçəkmiş donor böyrək və ya pul təzminatı tələb edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azpolitika.info

2Mənbələr