AZ

Azərbaycan klubu kamerunlu hücumçunu niyə onatmır? - SƏBƏB

1-ci Liqa təmsilçisi "Difai"nin kamerunlu hücumçusu Kristian Kamtanın İraqın "Al-Karh" klubuna keçidinin alınmadığını, baş məşqçi ilə dil tapa bilməyən 21 yaşlı forvardın geri qayıtdığını xəbər vermişdik. "Fədailər"lə müqaviləsi olan ön xətt oyunçusunun yeni mövsümün startına iki gün qalmış geri qayıtmasına rəğmən, çempionat matçlarında gözə dəyməməsi sual doğurur.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən klub əcnəbi hücumçunu qeydiyyatdan keçirə bilməyib.

Bu səbəbdən Kamta yalnız legionerlərin qeydiyyatı üçün nəzərdə tutulan rüsum - 5000 min manat Peşəkar Futbol Liqasının hesabına köçürüləndən sonra sifariş oluna bilər. Görünən budur ki, AFFA 30 min manat məbləğində aylıq dövlət dəstəyini hələ klublara vermədiyi üçün Kristian da məşq etməklə kifayətlənir.

Nihat

Seçilən
10
1
fanat.az

2Mənbələr