BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlar başlayıb.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclası BMT Baş katibi Antonio Quterreş giriş nitqi ilə açıb.
Sonra BMT Baş Assambleyasının builki Prezidenti Annalena Berbok çıxış edəcək. Ardınca ənənəvi olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula de Silva edəcək. Daha sonra ABŞ Prezidenti Donald Tramp ev sahibi olaraq kürsüyə çıxacaq.
"Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət ayrılacaq.
Yüksəksəviyyəli debatlar sentyabrın 30-na kimi davam edəcək.
***
09:04
Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlar başlayır.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünya liderlərinin Baş Assambleyanın kürsüsündə çıxışları sentyabrın 30-a kimi davam edəcək. 150-dən çox dövlət və hökumət başçısı və onları müşayiət edən nümayəndə heyətləri BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gediblər. Artıq yüksəksəviyyəli həftəyə hazırlıq prosesi yekunlaşıb. Nyu-York şəhər Polis Departamenti polis qüvvələrinin sayını artırıb və gücləndirilmiş iş rejiminə keçib.
Şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Tədbirlərə kortejlər, dronlar, helikopterlər, patrul xidməti və əsas küçələrin bağlanması daxildir.
Üzv 193 ölkədən aparıcı media orqanları tədbiri işıqlandırmaq üçün BMT-də qeydiyyatdan keçib.
Yüksəksəviyyəli həftəni BMT Baş Katibi Antonio Quterreş və BMT Baş Asambleyasının builki Prezidenti Annalena Berbok giriş nitqi ilə açacaqlar. Daha sonra ənənəvi olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula de Silva edəcək. Braziliyanın ilk çıxış ənənəsi BMT-nin ilk illərindən başlayıb. O zaman qlobal münaqişədən sonra üzv dövlətlər kimin ilk danışacağı ilə bağlı razılığa gələ bilmədiklərinə görə Braziliya ilk olaraq danışmağı təklif edib və 1955-ci ildən bu ənənə davam edir.
Daha sonra ABŞ Prezidenti Donald Tramp ev sahibi olaraq kürsüyə çıxacaq.
"Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət ayrılacaq.
10Mənbələr
-
poliqon.infoBMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb ( 21656539)
-
olaylar.azBMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başladı ( 21656515)
-
turkic.worldBMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb (FOTO) ( 21656341)
-
moderator.azBMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb ( 21655990)
-
azerbaijan-news.azBMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb ( 21655798)
-
azerbaijan-news.azPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin mənzil-qərargahına gəliblər ( 21655801)
-
demokrat.azBu gün BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb — YENİLƏNİB ( 21655606)
-
day.azBMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb - FOTO ( 21655540)
-
operativmedia.azBMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb ( 21655282)
-
publika.azBMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başladı ( 21655327)