AZ

Xalq artisti:Ürəyimdən əməliyyat olundum, səhhətim normaldır

BAKI, 23 sentyabr. TELEQRAF

"Ürəyimə iki stent qoyulub və səhhətim normaldır. Üç gün əvvəl xəstəxanadan evə buraxılmışam".

Bunu Teleqraf-a Xalq artisti Eldost Bayramov səhhəti haqqında danışarkən deyib.

"2013-cü ildə də ürəyimə iki stent qoyulmuşdu. Bir neçə gün öncə Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat edildim və ürəyimə əlavə iki stent də qoyuldu. Hazırda ev şəraitində müalicəm davam edir. Müşahidə altındayam, həkimlərlə mütəmadi əlaqə saxlanılır", - deyə Xalq artisti əlavə edib.

Qeyd edək ki, bu haqda ilk xəbəri Qafqazinfo.az saytı yayıb.


Seçilən
45
teleqraf.com

1Mənbələr