AZ

İnnovativ və dayanıqlı inkişaf modeli

Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış hadisələrdən biri də məhz 2023-cü ilin sentyabr ayında erməni təcavüzkarlarına qarşı müzəffər Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi antiterror tədbirləridir. Bu tarixi hadisədən sonra Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən hər il 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.  Bu ələmtdar gün antiterror əməliyyatından sonra Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gün kimi bütün həmvətənlərimiz üçün qürurlu və şərəfli tarixdir.

2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən Müharibəsində məğlub olan Ermənistan kapituliyasiya aktını - Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu.  Beləliklə Üçtərəfli Bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürdü.  Buna baxmayaraq təcavüzkar Ermənistan xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırmışdı. Bundan başqa Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirmişdi.  Bütün bunlar onu göstərirdi ki, Ermənistan revanşist meyillərə əsaslanır. Bir sözlə öz məkirli siyasətindən əl çəkmir. Bütün bu məkirli planlara qarşı Azərbaycan dövləti də adekvat addımlar atmaq məcburiyyətində qaldı.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıldı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının suverenliyi tam bərpa edib. Bizim üçün sevindirici haldır ki, suverenliyimizin tam bərpası ilə yekunlaşan, separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Həm 44 günlük Vətən müharibəsi, həm də 2023-cü ildə uğurla həyata keçirilən antiterror əməliyyatı zamanı əldə etdiyimiz parlaq Qələbə dövlətçiliyimizin şərəfli tarixini, milli sarsılmazlığı və dövlətimizin qüdrətini əks etdirir.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri

Seçilən
7
1
ikisahil.az

2Mənbələr