Adil Şükürovla yolları ayıran "Kəpəz"də baş məşqçi axtarışları davam edir.
Mətbuatda bir neçə yerli mütəxəssisin adı çəkilir.
Gəncəli Mahmud Qurbanovun, millimizin sabiq çalışdırıcısı Arif Əsədovun, "Kəpəz"in sabiq baş məşqçiləri Şahin Diniyev və Azər Bağırovun Qərb təmsilçisinin başına keçəcəyi iddia olunur.
Bəs həqiqət necədir?
Bəli, adıçəkilənlər namizədlər siyahısında var.
Amma ikinci planda.
Belə ki, bölgə klubunun əsas diqqəti ölkə xaricindədir.
Klub rəhbərliyi əcnəbi çalışdırıcı ilə anlaşmaqda maraqlıdır.
Bu istiqamətdə danışıqlar aparılır.
Siyahı genişdir. Böyük ölçüdə "Kəpəz"i uzun aradan sonra xarici baş məşqçi çalışdıracaq.
Yalnız legionerlərlə danışıqlar uğursuz olarsa, klub başbilənləri ikinci variant olaraq yenidən yerli mütəxəssisləri gözdən keçirəcək.
XANOĞLAN / SPORTİNFO.AZ