AZ

Gündə iki kivi yorğunluğu azaldır və əhvalı yaxşılaşdırır

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avstraliyalı tədqiqatçılar (CSIRO və Adelaide Universiteti) müəyyən ediblər ki, sarı kivi müntəzəm qəbul edildikdə orqanizmdə C vitamini səviyyəsini effektiv şəkildə artırır.

Ölkə.az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" elmi jurnalında dərc olunub.

Təsadüfi seçilmiş klinik sınaqda C vitamini çatışmazlığı olan 26 nəfər iştirak edib. Onlar iki qrupa bölünüb: birinci qrup iştirakçılara hər gün iki ədəd sarı kivi (SunGold kiwifruit) yemək, ikinci qrupa isə C vitamini kapsulu qəbul etmək tapşırılıb. Bir neçə həftə ərzində alimlər iştirakçıların stress səviyyəsini, əhvalını və yorğunluq hissini izləyiblər.

Məlum olub ki, kivi əlavələrdən daha sürətli və effektiv təsir göstərir: artıq dörd gün ərzində birinci qrupda yorğunluğun azaldığı müşahidə olunub, bir həftədən sonra isə əhvalın yaxşılaşması və enerji artımı qeydə alınıb. C vitamini əlavələri də müsbət təsir göstərib, lakin bu təsir daha gec ortaya çıxıb və daha zəif olub. Qan analizi nəticələri də müsbət təsiri təsdiqləyib.

Alimlər qeyd ediblər ki, kivi yalnız C vitamini deyil, həm də antioksidant müdafiəni gücləndirən və sinir sistemini dəstəkləyən bir sıra bioaktiv maddələr ehtiva edir.

Əlavə olaraq, tədqiqat göstərib ki, kivi istehlakı yüngül əhval pozğunluğu və depressiya ilə mübarizəyə kömək edə bilər, lakin daha ağır simptomlarda nəzərəçarpacaq təsir göstərmir.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
olke.az

3Mənbələr