AZ

Bu insanlar ağlaya bilmir - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Ağlamaq insan orqanizminin təbii emosional reaksiyası hesab olunur. Lakin bəzi hallarda insanlar güclü gərginlik və ya kədər yaşasalar da, göz yaşlarını axıda bilmirlər.

E-saglam.az xəbər verir ki, Oftalmoloq Gunwa Al-Terk Gazeta.ru-ya öz müsahibəsində açıqlayıb ki, bədən bəzi hallarda insanın ağlama qabiliyyətini məhdudlaşdıra bilər. Onun sözlərinə görə, gözyaşının üç növü var:

buynuz qişanı qoruyan bazal gözyaşları,

qıcıqlandırıcılara cavab olaraq yaranan refleks gözyaşları,

emosional vəziyyət zamanı axan emosional gözyaşları.

Sonuncunun əmələ gəlməsi üçün lakrimal vəzi beyindən siqnal almalıdır. Əgər bu proses pozularsa, insan güclü emosional gərginlikdə olsa belə ağlamır.

Mütəxəssis vurğulayıb ki, bu hal çox vaxt uzunmüddətli stressin nəticəsində baş verir. Beyin bədəni qorumaq və enerjiyə qənaət etmək üçün emosiyaların göz yaşı ilə ifadəsini müvəqqəti dayandıra bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr