ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
Gundem.az xəbər verir ki, Yusif Pezeşkian nümayəndə heyətinin tərkibində Nyu-Yorka səfər etməli idi. Lakin ABŞ bu il iranlı rəsmilər və onların ailə üzvlərinə qarşı viza qaydalarını sərtləşdirib.
Qeyd edilir ki, əvvəllər də ABŞ, İran diplomatlarının Nyu-Yorkda hərəkət azadlığını məhdudlaşdırırdı. Hazırda isə Konqresdə bu məhdudiyyətlərin daha da artırılmasını nəzərdə tutan qanun layihələri müzakirə olunur.