AZ

BMT-də Trampın sözlərini təsdiqləyən tək şəxs o, oldu - FOTO

BMT Baş Məclisinin 80-ci sessiyasında ABŞ Prezidenti Donald Tramp çıxış edərək, Qəzzədə mülki insanları hədəf alan İsrailə toxunmadan, əksinə Həmas və Fələstini dövlət kimi tanıyan ölkələri hədəf alıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onun bu sözlərinə salondakı yeganə dəstək İsrailin BMT-dəki səfiri Danny Danondan gəlib. Danon əvvəl başını təsdiq işarəsi ilə yelləyib, sonra isə alqışlayıb.

Tramp çıxışında bunlsrı deyib: "Qəzzədə atəşkəs üçün çox çalışdım, lakin Hamas barış təkliflərini rədd edir. Bu mərhələdə Fələstini tanımaq 7 oktyabrda yaşananları mükafatlandırmaq deməkdir. Barış istəyənlər 'əsirlər dərhal azad edilməlidir' tələbində birləşməlidir." O, Fələstini heç vaxt tanımayacağını açıq şəkildə bildirdi.

Buna baxmayaraq, BMT Baş Məclisi sanki bir Fələstin zirvəsinə çevrilib. Son iki gündə Fransa və İngiltərə başda olmaqla 10 ölkə Fələstini dövlət kimi tanıyıb. Daha öncə Avstraliya, Portuqaliya və Kanada da qərarlarını açıqlamışdı.

Baş Məclis zamanı isə Fransa, Monako, Lüksemburq, Belçika, Malta və Andorra Fələstini tanıdı. Bununla da, 193 BMT üzvündən 156-sı artıq Fələstin dövlətini rəsmən tanımış oldu. Üzv olmayan Vatikan da uzun müddətdir ki, Fələstini tanıyır.

Bu addım beynəlxalq aləmdə tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. İki dövlətli həllin vacibliyini vurğulayan bu qərarlar, hazırda Qəzzədə hücumlarını davam etdirən İsrailə qarşı beynəlxalq təzyiqin gücləndiyini göstərir.

İsrail Baş naziri Benyamin Netanyahu isə ölkələrin Fələstini tanımasına sərt reaksiya verib. O, "Fələstin dövləti olmayacaq" deyərək Qərbi Şəriyanı ilhaq etməklə hədələyib.

Netanyahu həmçinin işğal altındakı torpaqlarda qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin sayını ikiqat artırdıqlarını və bu siyasəti davam etdirəcəklərini açıqlayıb.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
4
1
milli.az

2Mənbələr