AZ

70 müəllimi aldadan qadın azadlığa buraxıldı KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yardımlıda 70-ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandıraraq pullarını mənimsəyən 31 yaşlı qadın azadlığa buraxılıb.

KONKRET.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş Jalə Əlövsət qızı Atayeva Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunub.

O, 70-ə yaxın müəllimə qarşı dələduzluq edib. Təqsirləndirilən 31 yaşlı qadın bir qrup müəllimi Elm və Təhsil Nazirliyində yüksəkvəzifəli adamının olduğuna inandırıb. Hər bir müəllimdən ayrı-ayrılıqda 3 000-4 000 min manat arası pul alaraq, guya onları sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandırıb. Zərərçəkmişlər Yardımlı rayonunun Telavar, Horonu, Gərsava, Şovut və Sığna kəndlərinin müəllimləri olublar.

2024-cü ilin avqust ayında növbəti sertifikatlaşdırma imtahanından keçə bilməyən bəzi müəllimlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Aparılan araşdırma zamanı Jalə Atayevanın cinayət əməlini “Uber” şirkətində taksi fəaliyyəti ilə məşğul olan Xalid və Elnur adlı adlı şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib.

O, 8 aprel 2025-ci ildən 11 sentyabr 2025-ci ilədək həbsdə saxlanılıb. Məhkəmənin hökmü ilə həbsdə keçirdiyi 5 ay 3 gün cəza müddətinə hesablanmaqla Jalə Atayevaya 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilib.

Qadın məhkəmə zalından azad olunub, barəsində başqa yerə getməmək qadağası qüvvədə saxlanılıb. O, cəza müddəti bitənədək elektron qolbaqla nəzarətdə qalacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
9
konkret.az

10Mənbələr