AZ

Məşhur aktrisadan ETİRAF: "Kişi aktyorlara daha çox dəyər verilir"

Aktrisa Şebnem Bozoklu açıqlaması ilə marağa səbəb olub.

Far.Az xəbər verir ki, "Seda Sayan İle Her Şey Masada" proqramına qonaq olan aktrisa hər zaaman kişi aktyorlara daha çox dəyər verildiyini qeyd edib.

"Çəkiliş meydanında heç bir təzyiqə və ya mobbinqə məruz qalmamışam, amma bir qadın olaraq mən həmişə hiss etmişəm ki, kişi aktyorlara daha çox dəyər verilir. Kişi aktyorlar həmişə özlərini rahat hiss edirlər. Bu, mənim müşahidə etdiyim, yaşadığım və qadın həmkarlarımla tez-tez müzakirə etdiyim bir şeydir. Bu, həm də bu ölkədə kişilərin tərbiyəsi ilə bağlıdır. Onlar bir az lordlara, bir az da şahzadələrə bənzədilirlər" - deyə Bozoklu qeyd edib.

Məlumat üçün bildirək ki, aktrisa yaxın zamanlarda "Gelin Takımı 2" filmi ilə, eyni zamanda "Kadife Kelepçe" serialı ilə tamaşaçılar qarşısına çıxacaq.

Ətraflı videoda:

Seçilən
26
far.az

1Mənbələr