AZ

Qəhvə ilə bağlı mif dağıdıldı

Uşaqların gündəlik kofein qəbulu onların diqqətinə və beyin fəaliyyətinə nəzərəçarpacaq təsir göstərmir.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ alimləri yeni araşdırma aparıblar. Nəticələr "PLOS One" jurnalında dərc olunub.

Kofein böyüklərdə diqqət və düşüncə ilə bağlı əsas beyin şəbəkələrinin fəaliyyətini dəyişə bilən stimulyator kimi tanınır. Xüsusilə, o, daxili düşüncələrə cavabdeh "passiv rejim" şəbəkəsi ilə xarici tapşırıqlara fokuslanmanı təmin edən dorsal diqqət şəbəkəsinin fəaliyyətini tənzimləyir. Normal halda bu şəbəkələr "qarşı fazada" işləyir. Yəni, biri aktiv olanda digəri sakitləşir, və bu balans diqqət üçün vacib hesab olunur.

Tədqiqatçılar ABŞ-də ən böyük layihələrdən biri olan "Adolescent Brain Cognitive Development Study" çərçivəsində 4673 uşaq (9-10 yaş) üzərində funksional MRT aparıb və onların kofein qəbulunu soruşublar. Nəticələr göstərib ki, iştirakçıların 16%-i skan edilməzdən əvvəlki gün kofeinli içki qəbul edib, 71%-i isə həftəlik istehlak etdiyini bildirib. Lakin həm bir dəfəlik, həm də mütəmadi kofein qəbulu diqqət və daxili düşüncə şəbəkələrinin əlaqəsinə təsir etməyib.

Şimali Karolina Universitetinin professoru Orrin Uer qeyd edib: "Yaş və cins faktorları nəzərə alındıqdan sonra kofein qəbulunun diqqət ilə bağlı beyin şəbəkələrinə heç bir təsiri aşkarlanmadı".

Araşdırma valideynlər və müəllimlər üçün uşaq və yeniyetmələrdə kofein istifadəsi ilə bağlı mövcud mifləri təkzib edir və göstərir ki, gündəlik miqdar beyin fəaliyyətinə mənfi təsir yaratmır.

İsmayıl
Milli.Az

 
Seçilən
4
2
milli.az

3Mənbələr