AZ

BMT dən FIFA və UEFA ya çağırış: İsrail bütün turnirlərdən uzaqlaşdırılsın

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) FIFA və UEFA-ya rəsmi çağırış ünvanlayıb.

Fanat.Az xəbər verir ki, qurum İsrail milli komandası və İsrail klublarının bütün beynəlxalq turnirlərdən kənarlaşdırılmasını tələb edib.

Məlumatda qeyd olunur ki, BMT-nin bu çağırışı İsrailin hazırkı hərbi fəaliyyətləri ilə bağlı beynəlxalq təzyiqlərin artmasının nəticəsidir. Təklif qəbul olunacağı təqdirdə İsrail yığması ilə yanaşı, ölkə klubları da həm Avropa kuboklarından, həm də digər beynəlxalq futbol turnirlərindən kənarda qalacaq.

Hazırda FIFA və UEFA bu çağırışa rəsmi cavab verməyib.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
4
fanat.az

5Mənbələr