AZ

Azərbaycanla Ermənistan arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq duyuram - Ərdoğan

Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması üçün tərəfləri ilk gündən dəstəklədik.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

O bildirib ki, avqustun 8-də iki ölkə (Azərbaycan və Ermənistan) arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq duyur.

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan başda olmaqla, prosesə dəstək verən ABŞ Prezidenti Donald Trampa bir daha təşəkkür edirəm. Bu mənada ölkəmizlə Ermənistan arasında normallaşma prosesinin öz axarı ilə davam etdiyini bildirmək istəyirəm", - deyə Ərdoğan əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
11
olaylar.az

7Mənbələr