AZ

Ərdoğan: Suriya xalqı zəfəri məntiqi sonluğa çatdıracaq

BAKI, 23 sentyabr. TELEQRAF

"İŞİD başda olmaqla, terrorun heç bir növünün olmadığı, təhlükəsizliyin təsis edildiyi bütöv Suriyanı bütün imkanlarımızla dəstəkləyəcəyik. Sabitlik möhkəmləndikcə başda Suriya olmaqla bütün qonşu ölkələr və bölgəmiz bunun faydasını görəcəkdir”,

Teleqraf xəbər verir ki, bunu ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

“Bu gün qəzzalı məzlumlar üçün səsimizi yüksəltdiyimiz kimi, 13 il də bu kürsüdən suriyalıların fəryadlarına diqqət çəkdik. Bir milyon insanın həyatına, milyonlarla insanın vətənini tərk etməsinə səbəb olan zülm 8 dekabr çevrilişi ilə tarixə qarışdı. Suriyalı qardaşlarımız o tarixdən etibarən yeni dönəmin qapılarını açdılar. Əminəm ki, əliqanlı rejimə qarşı mübarizə aparan Suriya xalqı böyük bədəllər ödəyərək əldə etdikləri zəfəri məntiqi sonluğa çatdıracaq. IŞID başda olmaqla, terrorun heç bir növünün olmadığı, təhlükəsizliyin təsis edildiyi bütöv Suriya baxışını bütün imkanlarımızla dəstəkləyəcəyik. Suriyada sabitlik möhkəmləndikcə bunun qazananı Suriya ilə birgə bütün qonşu ölkələr və bölgəmiz olacaq”, - deyə Ərdoğan bildirib.

Seçilən
28
1
teleqraf.com

4Mənbələr