AZ

Polşa Prezidentinin BMT Baş Assambleyasındakı BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO

Polşa Prezidenti Karol Navrotski BMT Baş Assambleyasının iclası zamanı snus (nəm tütün) istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər sürətlə xarici mediada gündəm olub.
 

Qeyd edilir ki, təhlükəsizlik xidmətinin əməkdaşı Navrotskiyə dairəvi formada olan üyüdülmüş və nəmləndirilmiş tütün porsiyasını təqdim edib.


Navrotski isə daha sonra onu masada əyləşərkən qəbul edib.

Qeyd edək ki, snus əsasən Skandinaviya ölkələrində istifadə olunan, ağız boşluğuna yerləşdirilərək qəbul edilən nəmləndirilmiş tütün məhsuludur. Siqaret kimi yandırılmır, lakin nikotin ehtiva edir və sağlamlığa zərərlidir.


Bizim.Media

Seçilən
30
1
bizim.media

6Mənbələr