AZ

Gədəbəydə evlərdə çatlar...VİDEO

Kənddə olan evlərin bir çoxunda çatlar əmələ gəlir, bir qismi uçur. Bura Gədəbəy rayonunun  Zamanlı kəndidir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirir ki, kənd dağətəyi ərazidə yerləşdiyinə görə təbii fəlakətlər də çatlara təkan verib, təhlükənin artmasına səbəb olub. Kənd sakini Cəbrayıl Qasımov iddia edir ki, evinin qəzalı vəziyyətə düşməsi və  bir qisminin uçması da məhz  bu səbəblərdən olub.

Vətəndaş bildirir ki, aidiyyatı üzrə qrumlara müraciətlər etsə  də ona evin sığorta olunmadığına görə kömək edilməyəcəyini bildiriblər. Mövcud problem kənddə bir çox evlərdə hökm sürür. Sakinlərin sözlərinə görə növbəti güclü yağıntılar və  sel olarsa qəzalı vəziyyətdə olan, uçan,dağılan evlərin sayı çoxalacaq və bədbəxt hadisələr  da qaçılmaz olacaq.

Vətəndaşların iddiası ilə bağlı Zamanlı kəndinin tabe olduğu Mor-mor kənd icra nümayəndəliyindən bildirildi ki, zərərçəkən Cəbrayıl Qasımova rayon icra hakimiyyəti tərəfindən köməklik göstərilib. Digər vətəndaşlar da evlərini sığorta etdirməsələr baş verən və ya verə biləcək problemlərə dair köməklik göstərilməyəcək.

İcra  nümayəndəsinin açqılamasından aydın olur ki, bundan sonra da kənddə bu problem səbəbindən baş verə biləcək xoşagəlməz hallara görə məsuliyyəti sakinlərin özləri daşıyır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
11
xezerxeber.az

1Mənbələr