AZ

Azərbaycan İsrailə görə “Eurovision”da iştirakdan imtina edib?

Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyəti ölkəmizin İsrailə görə yarışmada iştirakdan imtinası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Gundem.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyətinin media rəhbəri Turab Teymurov İsrailin “Avroviziya”da iştirak etmədiyi təqdirdə, ölkəmizin yarışmadan imtina edəcəyi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“İsrail və ya başqa dövlət olsun, biz siyasətə qarışmırıq”, - Turab Teymurov qeyd edib.

Qeyd edilib ki, Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya 2026”da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə xəbərlər tirajlanıb.

Hələ ötən həftə açıqlanan məlumata görə, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə - İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

Tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.

2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq. Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.

Elə bu səbəbdən də təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.

Seçilən
3
34
gundem.az

10Mənbələr