AZ

Qızlar ən çox bu rayonlarda erkən ərə verilir - RƏSMİ

Uşaqlıq hər bir insanın həyatında ən saf, ən qayğısız və öyrənməyə açıq dövrdür. Təəssüf ki, bəzi hallarda bu mərhələ yarımçıq qalır və gənc qızlar, bəzən isə oğlanlar erkən yaşda evliliyə məcbur edilirlər.

Far.Az-in məlumatına görə, yetkinlik yaşına çatmamış şəxslərin nikaha daxil olması onların psixoloji inkişafını, təhsil imkanlarını və gələcək həyat planlarını ciddi şəkildə məhdudlaşdırır.

Erkən evlilik yalnız bir ailənin deyil, bütöv bir cəmiyyətin inkişafına mənfi təsir göstərir. Çünki təhsildən kənarda qalan hər bir uşaq gələcəyin işıqlı sabahından məhrum olur. Bu səbəbdən erkən nikah problemi ilə mübarizə həm hüquqi, həm sosial, həm də mənəvi baxımdan son dərəcə vacibdir.

Bəs erkən nikahlar daha çox hansı yaş aralığında olur və ən çox hansı regionların payına düşür?

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Far.Az-ə bildirib ki, erkən evliliklə bağlı daxil olmuş müraciətlərə əsasən daha çox 2008 və 2009-cu il təvəllüdlü qızların (16 və 17 yaşlı) erkən evliliyə cəlb edilməsi cəhdi müəyyən edilib:

"Erkən evliliklə bağlı hallar daha çox Şamaxı (2 fakt), Kürdəmir (2 fakt) və Tovuz (2 fakt) rayonlarında müşahidə edilmişdir".

Orxan Hüseyn

Seçilən
1
1
far.az

2Mənbələr