AZ

Qəzzada səhiyyə sistemi çökmək təhlükəsi ilə üz-üzədir

BAKI,TurkicWorld, Nailə Babazadə

İsrailin hücumları və ciddi blokadası altındakı Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranının son dərəcə təhlükəli bir mərhələyə daxil olduğu və xəstəxanaların fəaliyyətinin dayanmasına cəmi bir neçə gün qaldığı barədə xəbərdarlıq edilib.

TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları ilə yanaşı, humanitar yardım və yanacaq girişinə qoyduğu məhdudiyyətlər nəticəsində Qəzzadaki xəstəxanalarla bağlı açıqlama yayıb.

"Yanacağın tükənməsi səbəbindən xəstəxanaların xidmətlərinin dayanmasına bir neçə gün qalıb. Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranı son dərəcə təhlükəli mərhələyə çatır." - deyə açıqlamada qeyd edilib.

Həyati əhəmiyyət daşıyan bölmələrin fəaliyyətinin dayanmasının, İsrail blokadası altındakı Qəzzada səhiyyə böhranının daha da dərinləşməsi, xəstə və yaralıların qaçınılmaz ölüm təhlükəsi ilə üzləşməsi demək olduğu vurğulanıb.

Açıqlamada, Qəzzadaki xəstəxanalara yanacaq yardımlarının qarşısının alınması səbəbilə səhiyyə xidmətlərinin ciddi şəkildə pozulduğu bildirilib və bir fəlakətin qarşısını almaq üçün xəstəxanalara yanacaq çatdırılması məqsədilə "təcili müdaxilə" çağırışı edilib.

Qəzza zolağında az sayda qalan xəstəxanalarda xəstə və yaralıların müalicə olunduğu bölmələrdəki tibbi avadanlıqlar, yanacaqla işləyən generatorların təmin etdiyi elektrik enerjisi ilə fəaliyyət göstərir.

İsrailin humanitar yardım, dərman və yanacaq girişini məhdudlaşdırdığı Qəzzada, xəstəxanalara yanacağın çatdırıla bilməməsi, tibbi avadanlıqlarla müalicə olunan xəstə və yaralıların həyatını birbaşa təhlükə altına alır.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 65 min 344 fələstinli həyatını itirib, 166 min 795 nəfər isə yaralanıb.

Seçilən
5
turkic.world

1Mənbələr