Məsələn, iddia olunur ki, o, bir şirkət vasitəsilə Liviya və Rusiya neftinin daşınmasını və satışını təşkil edib. Bu şirkətin Maltada fəaliyyəti ilə əlaqədar Avropa İttifaqı və Böyük Britaniya hökumətləri araşdırma aparırlar. Analoji araşdırmalar bu yaxınlarda 22.5 min ton Rusiya neftinə həbs qoymuş Albaniyanın hüquq mühafizə orqanları tərəfindən də həyata keçirilir. Rusiya ilə yaxın əlaqələr onun "Lukoil" şirkətinin sahibi Vahid Ələkbərovla xüsusi əlaqələrində də özünü büruzə verir. Əhmədzadənin Bodrumda Vahid Ələkbıərovun ad günündə iştirak etməsi, rusiyalı milyarderə məxsus 108 milyon dollarlıq "Galactica Super Nova" gəmisini öz adına rəsmiləşdirməsi bu əlaqələri aydın göstərən faktlardır. Azeri Lightə qarşı təxribatda Adnan Əhmədzadə faktoruGörünən odur ki, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan miliardlar Adnan Əhmədzadənin Azərbaycana qarşı geostrateji silah kimi istifadə olunmaq üçün tam bir struktur olaraq yetişdirilməsi, formalaşdfırılması ilə nəticələnib. Azərbaycanın iqtisadi təhlükəsizliynə qarşı təxribatda və xüsusilə külli-miqdarda mənimsəmə əməllərində ittiham olunan bu şəxs dünya bazarına ixrac olunan Azərbaycan neftinin xloridlə çirkləndirilməsində ittiham olunur. Sual oluna bilər ki, uzun illər neft daşımaları ilə məşğul olan, bu sahədə kifayət qədər təcrübə qazanmış şəxs neftə xlorid qatılmasının hansı fəlakətli nəticələrə səbəb olacağını bilmirdi? Neft bir yana, bunun boru kəmərlərinə, tankerlərə, zavodlara necə təsir göstərəcəyini düşünmürdü? İctimai fikir budur ki, Adnan Əhmədzadə Rusiya kəşfiyyatının təsiri altına düşərək, öz dövlətinə xəyanət edib, Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına zərbə vurub. Təxmini hesablamalara görə, çirklənmə səbəbindən “Azəri Light” markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu, bir bareldə 6,69 dollar ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,01 milyard dollar azalma baş verib.Məsələ təkcə maddi itkilərdə deyil. Əhmədazadənin əməli qlobal neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini korlayır. Bu fakt artıq Avropa rəsmilərinin dilindən də səslənir. O baxımdan, Əhmədzadənin Rusiyanın “maxinasiyalarına boyun əyməsi” təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir. Rusiyanın himayəsinə sığınan, Ukraynanın müstəqilliyinə qarşı çıxan qalmaqallı ekspert/bloger Yuri Podolyak avqust ayının 20-də paylaşdığı status da “çirklənmiş neft skandalında Rusiya izi” ehtimalını gündəmə gətirir. Bloger sosial şəbəkə postunda Bakının neft ixracında probleminin olduğunu diqqətə çatdırıb. Dəyən zərərin maddi səviyyəsinin yüksək olduğunu bildirib.Maraqlı olan məqam Podolyakın baş vermiş insidentin siyasi səbəbləri barədə eyhamlarıdır. “Rusiya siyasətinin danışan dili” öz yazısında qeyd edir ki, “çirkləndirilmiş neft” skandalı onun dövlətinin (Rusiyanın ) Azərbaycana xəbərdarlığıdır. Podolyak Rusiya tərəfinin perespektiv üçün hədələrini də ifadə edir: “Hər hansı bir “hadisə” istənilən vaxt təkrar oluna bilər”. Yəni, təxribatlar davam edəcək. O, Azərbaycan neftinin sabotaj edilməsinin davamının olacağına, Rusiyanın təxribatlarının sistemli hal alacağına işarə vurur. Əlbəttə, Podolyak da, onu danışdıranlar da haqsızdırlar. Rusiyanın Avropanın energi bazarından sıxışdırılıb çıxarılması, sanksiyalara məruz qalması bu dövlətin öz siyasətinin nəticəsidir. Həmçinin, Rusiyanın enerji satışını bazar kontekstindən çıxarıb siyasi silah kimi istifadə etmək cəhdləridir. O, uzun illər ərzində enerji tədarükünü siyasi təzyiq vasitəsi kimi istifadə edib. Bu yanaşma xüsusilə təbii qaz və neft tədarükü üzərindəki dominantlıqla həyata keçirilib. Məsələn, 2006 və 2009-cu illərdə yaşanan siyasi mübahisələr nəticəsində Rusiya, Avropaya qaz tədarükünü kəsib, qaz üzərindən siyasi təzyiq göstərib. Bu cür hadisələr Avropanın enerji təhlükəsizliyini təhdid edib. Avropa da Ukrayna müharibəsindən istifadə edərək, Rusiyanı öz bazarından uzaqlaşdırıb.Amma Rusiya bu həqiqətləri gözardı edir. Əməllərini korrektə etmək əvəzinə, təzyiqlərə əl atır. Azərbaycanın neft ixracına təxribat törətməklə, Avropanı özündən asılı vəziyyətdə saxlamağa çalışır. Görünən budur ki, Podolyak düşüncəsində olan Rusiyanın öz həqiqətləri, öz reallıqları var. Azərbaycan sərhədlərini aşan neft fırıldağını Əhmədzadənin təkbaşına həyata keçirməsi ehtimalı yoxdur. Bu prosesdə böyük bir şəbəkənin iştirakı ehtimalı aydınlaşacaq. Neft satışının mürəkkəb mexanizmini və dövlət təhlükəsizliyinin kompenenti olduğunu nəzərə alanda, bu ehtimal güclənir. Sövq-təbii olaraq düşünülür ki, Əhmədzadənin arxasında hansısa böyük qüvvələr var. Bütün analizlər “xarici qüvvə” ehtimallarını aparıb Moskvaya çıxarır. Təxribatın informasiya və dezinformasiya üzüAdnan Əhmədzadənin əməllərinin motivləri, bu cinayətin gətirib çıxardığı nəticələr hələ araşdırılacaq və prosesdə iştirak edən oyunçuların tam ifşa olunacağına heç bir şübhə yoxdur. Amma bu məsələdə maraq doğuran məqam təkcə iqtisadi təxribat deyil, həm də Adnan Əhmədzadənin malik olduğu imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı dezinformasiya fəaliyyətidir. Onun həbsi az qala bütün dünya mediasında əksini tapdı, amma Rusiya mediası bu xəbərə susqun yanaşır. İnternet axtarış sistemləri, o cümlədən Google Rusiya KİV-lərində Adnan Əhmədzadənin həbsi ilə bağlı dərc edilmiş heç bir məlumat göstərmir. Yəni, bu xəbəri bloklanmasını məqsədəmüvafiq biliblər. Azərbaycan neftinin çirkləndirilməsi ilə bağlı ilkin məlumat getdikdən sonra informasiya axınına nəzər yetirsək, hədəfləndirilmiş dezinformasiya cəhdlərini də aydın şəkildə görə bilərik. Xarici ölkədən başlayan və yerli şəbəkə mediası tərəfindən inkişaf etdirilən ictimai rəyi aldatmaq cəhdləri hələ sentyabrın 11-də Rumıniyanın “Cancan” nəşrində “SOCAR Rumıniya”ya qarşı hücumla başladı və sentyabrın 15-də SOCAR Petroliuma qarşı yeni dezinformasiya ilə davam etdirildi.Bu xəbərlərin hədəfi Azərbaycan neftinin ixracında mühüm məntəqələrdən biri olan Rumıniyada fəaliyyət göstərən “SOCAR Rumıniya”nı, ümumilikdə isə SOCAR Petroliumu vurmaq olub. Niyə? Ya baş vermiş insidentə görə bütün günahları başqa şəxslərin üzərinə atıb onları "qurbanlıq qoyun" etmək, ya da Adnan Əhmədzadənin maxinasiya sxemlərinin araşdırılmasını əngəlləmək məqsədi güdülüb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Adnan Əhmədzadə öz nəzarətində media şəbəkəsi yaratmaq istiqamətində də az iş görməyib. Real nəticələr bir yana, Azərbaycanda media ilə işləyən strukturlara nəzarəti ələ götürmək üçün də planlar qurub, addımlar atmağa çalışıb. Ancaq indi bütün bunların heç bir mənası qalmayıb.
Bu gün iddialı, hikkəli, özünü dövlət içində az qala dövlət görən Əhmədzadə dəmir barmaqlıqlar arxasındadır. Hər şeyə görə cavab verməli olacaq.