AZ

Qətər Əmiri: İsrailin Dohaya hücumu Qəzzada atəşkəs danışıqlarını pozmaq cəhdi idi

Qətər İsrailin Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına zərbə endirməsinə baxmayaraq, Qəzza zolağında hərbi münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirəcək.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.

"Biz davam edən dezinformasiya kampaniyası şəraitində belə, ardıcıl olaraq müharibənin dayandırılması və girovların azad edilməsi ilə başlı işlərimizi davam etdirmək niyyətindəyik. Bu cür cəhdlər bizə mane olmayacaq, ona görə də biz Misir və ABŞ ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində səylərimizi davam etdirəcəyik", - əmir bildirib.

O həmçinin bildirib ki, İsrailin Dohaya hücumu Qəzza zolağında atəşkəs danışıqlarını pozmaq cəhdidir.

Seçilən
7
2
missiya.az

6Mənbələr