AZ

Tramp BMT Baş Assambleyasında ən uzun çıxış rekordu qırıb

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında ən uzun çıxış rekordu qırıb.Bu barədə xarici KİV xəbər verir.

Tramp burada 57 dəqiqə danışıb.Bu da Baş Assambleyadakı tipik çıxışdan demək olar ki, iki dəfə çoxdur.

Çıxışının sonunda Tramp dünya ictimaiyyətinə müraciət edərək milli sərhədlərin və ənənəvi dəyərlərin qorunmasına çağırıb. O, firavan və daha yaxşı dünya qurmaq üçün ölkələrin birlikdə işləməli olduğunu vurğulayıb.

Prezident həmçinin BMT-ni səmərəsiz xərclər və nəticəsiz layihələrlə ittiham edib. Onun iddiasına görə, təşkilat israfçılığa yol verir və resurslarını real fayda yaratmayan təşəbbüslərə sərf edir.

Seçilən
5
9
anews.az

10Mənbələr