AZ

Masallıda 8-ci sinifdə oxuyan oğlan itkin düşüb -POLİS ARAŞDIRMA APARIR

Masallıda səkkizinci sinif şagirdi itkin düşüb.

 

Oxu.az-ın məlumatına görə, şəhər sakini Könül Sübhan qızı Tağıyeva sentyabrın 23-də ərizə ilə Masallı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək oğlu, 2011-ci il təvəllüdlü, orta məktəbin səkkizinci sinif şagirdi Ümid Sübhan oğlu Tağıyevin sentyabrın 22-də saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşdüyünü bildirib.

 

Faktla bağlı Masallı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

Seçilən
38
senzor.az

1Mənbələr