AZ

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonunun Siyaqut kəndində fəaliyyət göstərən Rafiq Mədətova məxsus çörək sexində ciddi nöqsanlar müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 

Məlumata görə, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və obyektin cari təmirə ehtiyacının olduğu aşkarlanıb.


Aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı sahibkara müvafiq göstərişlər verilib.










Bizim.Media

Seçilən
25
6
bizim.media

10Mənbələr