AZ

Tramp: Həm Rusiyaya, həm də Ukraynaya uğurlar arzulayıram

BAKI, 24 sentyabr. TELEQRAF

Ukrayna NATO-nun köməyi ilə Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri ala bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi görüşdən sonra bildirib.

"Hərbi-iqtisadi vəziyyətin Rusiya üçün doğurduğu iqtisadi problemləri nəzərə alsaq, Ukraynanın Avropa İttifaqının dəstəyi ilə döyüşərək əvvəlki təbii formasına qayıtması üçün hər cür imkan var. Ukraynanın zamanla Avropanın, xüsusən də NATO-nun maliyyə dəstəyi ilə müharibədən əvvəll mövcud olan sərhədləri bərpa etməsi niyə də mümkün olmasın?" - deyə, ABŞ prezidenti qeyd edib.

Trampa görə, Rusiya üç il yarımdır mənasız müharibə aparır: "Rusiya bu müharibəni real hərbi qüdrətlə bir həftədən az müddətdə qazanacaqdı. Bu, ölkənin nüfuzunu artırmır, əksinə onu “kağız pələng”ə bənzədir. Rusiya vətəndaşları əsl vəziyyəti, ölkənin resurslarının çox hissəsinin Ukrayna ilə mübarizəyə xərcləndiyini və müharibənin iqtisadiyyatda yaratdığı problemlər haqqında öyrənəcəklər.Ukraynada isə yüksək əhval-ruhiyyəyə malikdir və getdikcə güclənir. Bu, Rusiyanın zəifliyini nümayiş etdirir.Ukrayna hökuməti öz ölkəsini ilkin formasına qaytara, kim bilir, bəlkə də daha da irəli gedə bilər. Putin və Rusiya böyük iqtisadi sıxıntı içindədir və indi Ukraynanın hərəkətə keçmə vaxtıdır. Hər halda, mən hər iki ölkəyə ən yaxşısını arzulayıram. Biz NATO-nu silahla təmin etməyə davam edəcəyik ki, NATO onlarla istədiyini edə bilsin. Hər kəsə uğurlar!".

Seçilən
8
2
teleqraf.com

6Mənbələr