ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna hərbçiləri bir ay ərzində 360 kvadratkilometr ərazini Rusiya ordusundan azad edə bilib. Rus hərbçiləri də mühasirəyə alınıb.
Modern.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü zamanı məlumat verib.
“Əsgərlərimiz bu ay 360 kvadratkilometr ərazini işğaldan azad edib və 1000 əsgəri mühasirəyə alıb”, - deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, ukraynalı hərbçilər Rusiya müharibəni bitirənə qədər əməliyyatlarını davam etdirəcək. “Ümid edirəm ki, onlar istənilən halda buna son qoyacaqlar”, - deyə Ukrayna lideri qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.