AZ

4 yaşlı uşaq traktorun altında qalıb öldü - Sürücü atası imiş

Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq ölüb.

Milli.Az Report"a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.

Məlumata görə, traktorun sükanı arxasında azyaşlının atası - 1991-ci il təvəllüdlü Y.Zeynalov olub.

Ehtimal olunur ki, traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb və hadisə qaçılmaz olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Seçilən
23
14
milli.az

10Mənbələr