AZ

Rəhbərlikdə təmsil olunan şəxs Premyer Liqa klubundan ayrılır

“Aston Villa”da rəhbərlik səviyyəsində ciddi dəyişiklik baş verir. Klubun futbol əməliyyatları üzrə rəhbəri Monçi postunu tərk edir və onu bu vəzifədə ispaniyalı mütəxəssis Roberto Olabe Aransabal əvəzləyəcək.

Sportinfo.az “GiveMeSport”-a istinadən xəbər verir ki, Birmingem təmsilçisi artıq “Real Sosyedad”ın sabiq idman direktoru Aransaballa tam razılıq əldə edib və təyinat növbəti 48 saat ərzində rəsmiləşəcək.

Monçi “Aston Villa”ya 2023-cü ilin yayında qoşulmuşdu, ancaq komandanın cari mövsümə zəif startı (6 oyunda 4 heç-heçə, 2 məğlubiyyət) fonunda klub strukturunda dəyişiklik qərarı verilib.

Aransabal 2018-ci ildən 2024-cü ilin iyununa qədər “Real Sosyedad”da çalışıb. 57 yaşlı funksioner klubun son illərdəki sabit inkişafında mühüm rol oynayıb.

Seçilən
15
sportinfo.az

1Mənbələr