AZ

“Italiana Petroli”ilə enerji əməkdaşlığı

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti İtaliyanın aparıcı enerji şirkətlərindən  olan “Italiana Petroli” (IP) şirkətinin 99,82 faizlik səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Əməliyyat ənənəvi bağlanış şərtləri və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq 2026-cı ilin birinci rübündə başa çatdırılacaq. Sövdələşmə SOCAR-ın 2024-cü ilin 4-cü rübündən iştirak etdiyi rəqabətli “M&A” prosesinin nəticəsidir.

Qeyd edək ki, “Italiana Petroli” İtaliyanın ən iri inteqrə olunmuş “downstream” platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə, təxminən, 10 milyon ton gücə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə də sahibdir.

SOCAR IP-nin möhkəm bazar mövqeyini qorumaq və gücləndirmək üçün yerli komanda ilə əməkdaşlığı davam etdirməyi, müştərilərinə və tərəfdaşlarına yüksək keyfiyyətli xidmətlərin davamlı çatdırılmasını təmin etməyi planlaşdırır. Şirkət həmçinin işçi qüvvəsini ixtisar etməyəcək və ətraf mühitə hörmət prinsiplərini İtaliyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri kimi saxlayacaq.

“API Holding” isə detallı seçim prosesindən sonra SOCAR-ın institusional profili və zəngin biznes təcrübəsini nəzərə alaraq IP-dəki bütün payını satmaq qərarına gəlib. Qrup hesab edir ki, etibarlı nüfuza malik beynəlxalq sənaye şirkətinə satış IP-yə idarəetmədə mükəmməllik axtarışını davam etdirməyə, korporativ istedadların dəyərləndirilməsinə, qlobal miqyasda mövqelərin gücləndirilməsinə və Aralıq dənizində strateji mərkəz kimi rolunun möhkəmlənməsinə imkan verəcək.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti  Rövşən Nəcəf bildirib ki, “Italiana Petroli”nin alınması Azərbaycan şirkətinin beynəlxalq səviyyədə diversifikasiyasında mühüm addımdır.

“Italiana Petroli”nin sədri Uqo Braketti Peretti isə söyləyib ki, IP yanacaq sektorunda İtaliya səviyyəsində istinad nöqtəsi olub və qalmaqda davam edir, həmçinin ölkədə mobillik və enerji təhlükəsizliyi əsas aktordur.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
6
xalqqazeti.az

9Mənbələr