İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 29-a çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qəzza şəhərinə bir neçə hava hücumu nəticəsində 25 nəfər həlak olub.
Həmçinin, İsrail Hərbi Hava Qüvvələri də Nuseyrat qaçqın düşərgəsini vurub, nəticədə 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.