İranda 2025-ci ilin əvvəlindən bəri azı 1 000 məhbus edam edilib ki, bu da son 30 ilin ən yüksək göstəricisidir. Bu barədədeyə “Iran Human Rights” (IHRNGO) hüquq-müdafiə təşkilatı bildirib.
Yalnız son bir həftədə 64 edam baş verib.
Məlumata görə, edamların 50%-i narkotiklərlə bağlı cinayətlərə, 43%-i qətllərə görə icra olunub.
Təhlükəsizliklə bağlı ittihamlar, o cümlədən silahlı üsyan və “Allaha düşmənçilik” üzrə 3%, zorlamaya görə 3% və İsrail xeyrinə casusluğa görə 1% edam qeydə alınıb.
Təşkilat əlavə edib ki, edamların yalnız 11%-i rəsmi mənbələr tərəfindən elan olunub.
N.Təbrizli