Ukrayna ordusunun Dobropolski istiqamətində ciddi uğurundan yalnız rusları Rodinskidən geri çəkilməyə məcbur etdikdən sonra danışmaq olar.
Axar.az xəbər verir ki, bunu "Dnepr" əməliyyat-strateji qoşun qrupunun mətbuat katibi Viktor Trequbov deyib.
O qeyd edib ki, işğalçıların əhəmiyyətli bir hissəsi Donetsk vilayətinin Rodinski qəsəbəsinin ətrafında möhkəmlənib:
“Bu isə Pokrovsk şəhəri üçün də təhlükə yaradır. Ona görə də Müdafiə Qüvvələrinin uğurundan yalnız düşməni oradan çıxarmaq mümkün olduqda danışmaq olar, əks halda Pokrovsk istiqaməti üçün təhlükə qalır”.