AZ

Bakıda Beynəlxalq Forum keçirilir

Bu gün Bakıda III Beynəlxalq Statistika Forumu işə başlayıb.

Modern.az-ın məlumatına görə, tədbir sentyabrın 26-na qədər davam edəcək.

Dövlət Statistika Komitəsi və MDB-nin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunub.

Tədbirdə 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri, elmi ictimaiyyətin tanınmış nümayəndələri və ekspertlər iştirak edirlər.

Seçilən
44
7
modern.az

10Mənbələr