AZ

Yasdan sonra sıra toya çatdı: Yeni qadağa anonsu

Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq edilib. Belə ki, qonaq sayına məhdudiyyət qoyulub və təmtəraqlı ayinlərə nəzarət gücləndirilib. Azərbaycanda da zaman-zaman belə qadağaların mümkünlüyü müzakirə olunur. Bildirilir ki, bu cür məclislərdə həddindən artıq israfçılığa yol verilir və bu məsələ tənzimlənməlidir.

Ölkəmizdə toylarla bağlı məhdudiyyətlərin qoyulması mümkündürmü?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda toy və yas mərasimlərinin çox təmtəraqlı keçirilməsi uzun müddətdir ictimai müzakirə mövzusudur:

“Son dövrlərdə bəzi regionlarda yas mərasimlərinin keçirilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Belə məclislərdə müsrifliyin qarşısı alınmalıdır, lakin bunu təkcə inzibati tədbirlərlə deyil, maarifləndirmə yolu ilə həyata keçirmək daha məqsədəuyğundur. Cəmiyyət bilməlidir ki, təmtəraqlı mərasimlər milli adət-ənənəyə uyğun deyil. İctimai qınaq və bu istiqamətdə davamlı görülən işlər insanların davranışına təsir göstərə bilər. Bununla belə, bəzi hallarda müəyyən məhdudiyyətlərin tətbiqi də vacibdir”.

Deputat qeyd edib ki, xüsusən Bakıda belə mərasimlərində israfçılıq geniş yayılıb və qarşısı alınmalıdır:

Seçilən
3
2
publika.az

3Mənbələr