AZ

Rusiyada məmur məhkəmə zalından qaçdı –Ermənistan konsulluğuna girdi

Gömrükdən yayınmaqda ittiham olunan “Rosreyestr” və “Rosimuşçestvo”nın regional idarəsinin keçmiş məmuru Boris Avakyan Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsindən iclasda fasilə zamanı qaçıb.

AzPost “47news” -a istinadən xəbər verir ki, Avakyan müşayiətçisindən siqaret istəyib və sonra qaçıb. Sabiq məmur sentyabrın 18-də saxlanılıb, Sentyabrın 23-də məhkəmənin onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi nəzərdə tutulub.

Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbə RBC-yə bildirib ki, Avakyan hazırda Ermənistan konsulluğundadır. O, bu məlumatı Faktinfo-ya təsdiqləyərək vətənə ekstradisiya olunmaq istədiyini bildirib.

O, Ermənistanda sərhədi qanunsuz keçməyə və çirkli pulların yuyulmasına görə axtarışdadır.

Avakyan ilk dəfə 2016-cı ilin iyulunda Moskvada saxlanılıb, həmin ilin avqustunda o, evdən qaçaraq müstəntiqlərdən yayınıb. RBC hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, həmin vaxt cinayət təqibi üçün heç bir əsas tapılmayıb.

Ötən ilin aprelində “Kommersant” qəzeti yazıb ki, prokurorluq Avakyana qarşı iş qaldırıb. Söhbət 2014-15-ci illərdə tikinti materialı adı altında Rusiyaya təsərrüfat mallarının idxalından gedir. Ümumilikdə 4,2 milyard rubldan çox gömrük rüsumunu ödəməkdən yayınmaqda ittiham olunan işdə ümumilikdə 21 nəfər iştirak edir.

Avakyan Sankt-Peterburq ticarət limanının ən böyük gömrük brokerinin keçmiş rəhbəridir. O, Federal Əmlakın İdarə Edilməsi Agentliyinin Leninqrad vilayəti üzrə idarəsinin rəis müavini, Sankt-Peterburq şəhərinin torpaqdan istifadə və mühafizə üzrə dövlət müfəttişinin müavini, Dövlət Torpaq Nəzarəti İdarəsinin rəis müavini olub.

AzPost.az

Seçilən
53
azpost.info

1Mənbələr