AZ

Azərbaycan Bayrağı əbədi olaraq Qatabağda dalğalanacaq- ÖZƏL

"Xankəndidə ucaldılan Bayraq təkcə Azərbaycanın ərazi bütövlüyünün tam təminatı deyil, həm də xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin yekun qələbəsi idi. Bu, həm də Xocalı soyqırımı qurbanlarının ruhunu şad edən, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdış yolunu açan tarixi ədalət idi". "Olaylar" xəbər verir ki. Bunu YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deyib: "Azərbaycan xalqı bu zəfəri qətiyyət, səbr, milli birlik və dövlət-xalq həmrəyliyi sayəsində əldə etdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, "Azərbaycan xalqı öz ləyaqətini bərpa etdi, tarixi ədaləti bərpa etdi".
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi şəhərlərdə yeni həyat başlanır. Dövlətimizin "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımız doğma torpaqlarına qayıdır, Azərbaycan Bayrağı əbədi olaraq bu torpaqlarda dalğalanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr