AZ

Şagirdi və xadiməni döyən direktor müavininin aqibəti...

Lənkəran rayonunun M.Qarayev adına Zövlə kənd orta məktəbində direktor müavininin həm şagirdi, həm də texniki işçini döydüyünü əsk etdirən video-görüntü keçən tədris ilinə aiddir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib.

Vurğulanıb ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovun şagirdə və xadiməyə fiziki zorakılıq tətbiq etdiyi iddia olunub:

“İddia əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi araşdırma aparıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib”.

Seçilən
60
1
axar.az

2Mənbələr