AZ

Rusiyada məhkəmədən qaçıb Ermənistan konsulluğunda gizlənmişdi - Meyiti tapıldı

Ermənistanın Sankt-Peterburqdakı baş konsulluğunda "Rosimuşestvo"nun keçmiş məmuru Boris Avaqyanın meyiti aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Mash" teleqram kanalı yayıb.

İlkin məlumatlara görə, onun intihar etdiyi ehtimal olunur.

Xatırladaq ki, Boris Avaqyan gömrükdən yayınma ilə bağlı ümumi dəyəri 4,2 milyard rublu keçən cinayət işi çərçivəsində axtarışda idi və barəsində həbs qətimkan tədbiri seçilməli olan məhkəmə iclasından yayınıb. Rusiya KİV-nin yazdığına görə, o, həmçinin Ermənistanda sərhədi qanunsuz keçmək və cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması ittihamları ilə də axtarılırdı.

Kənan
Milli.Az

Seçilən
61
1
milli.az

2Mənbələr