AZ

Cəlilabad, Masallı və Yardımlı sakinlərinin dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 29-da Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 242 ) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı regional bölməsinə (051) 915 21 10, (025) 215 51 59, [email protected], dk-masallı@scara.gov.az) müraciət etmələri xahiş olunur.

Seçilən
29
3
azertag.az

4Mənbələr