AZ

Ronaldonun baş məşqçisinin evini qarət etdilər - 1 milyon avroluq oğurluq...


Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin evi qarət olunub. Nüfuzlu "A Bola" nəşrinin yazdığına görə, portuqaliyalı baş məşqçinin Kaskais qəsəbəsindəki evindən oğurluq edilib. Həmin şəxslər mətbəxdən evə daxil olaraq bir milyon avrodan çox dəyəri olan qızıl-zinət əşyaları və bahalı saatları aparıblar. Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasında işləyir.

Mətləb

Seçilən
8
5
baki-xeber.com

10Mənbələr