AZ

Prezident İlham Əliyev: Beynəlxalq Statistika Forumu universal bir platforma kimi çıxış edir

Bakı.TurkicWorld

Beynəlxalq Statistika Forumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış edir.

TurkicWorld xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır.

Seçilən
41
18
turkic.world

10Mənbələr