AZ

Ağstafada “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin önündə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüşdə açılış nitqi ilə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar geniş məlumat təqdim edib.

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət, bir sıra xidmətlərin rəqəmsallaşması barədə də geniş məlumat çatdırıb.

Daha sonra SHXÇDX-nın Ağstafa rayon şöbəsinin rəisi polkovnik Emin Bağırov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və Vətən Müharibəsi iştirakçıları da çıxış edərək öz təəssüratları ilə bölüşüblər.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

image-1 image-2 image-3 image-4 image-5 image-6

Seçilən
9
9
veteninfo.az

10Mənbələr