AZ

Azərbaycanda aviasiya hadisələrinin araşdırılması üzrə yeni komissiya və qaydalar təsdiqləndi

Bakı. Trend:

“Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrədaimi komissiyanın Əsasnaməsi”nin və “Aviasiya hadisələrinin vəinsidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi vəfəaliyyət Qaydası”nın təsdiq edilib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərarla, aviasiya təhlükəsizliyinin təmin olunması sahəsindəmühüm institusional dəyişikliklər həyata keçirilib. Əvvəlkinormativ sənədlər ləğv edilərək, daha müasir və beynəlxalqtəcrübəyə uyğun araşdırma və tənzimləmə mexanizmlərimüəyyənləşdirilib.

Yeni daimi komissiyanın yaradılması, aviasiyahadisələrinin və insidentlərinin operativ, şəffaf və səmərəlişəkildə araşdırılmasına xidmət edəcək. Bu, həm də mülki aviasiyadatəhlükəsizlik standartlarının artırılması məqsədini daşıyır.

Eyni zamanda, komissiyanın Əsasnaməsi,tərkibifəaliyyət qaydalarıartıq rəsmi şəkildə hüquqi baza qazanıb ki, bu da aviasiyasektorunda baş verə biləcək fövqəladə hadisələrin düzgünqiymətləndirilməsinə və gələcəkdə onların qarşısının alınmasınayönəlib.

Qərara əsasən:

"Aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasıüzrə daimi komissiyanın Əsasnaməsi" təsdiqlənib.

Komissiyanın tərkibi təsdiq edilib.

Komissiyanın fəaliyyət Qaydası təsdiqedilib.

2008-ci ildə qəbul olunmuş "Aviasiya qəzası və yainsidenti barədə məlumatın verilməsi Qaydası" ləğvedilib.

2009-cu il tarixli "Aviasiya qəzalarını vəinsidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsiQaydaları" da ləğv edilib.

Məqalədə:
Seçilən
26
9
az.trend.az

10Mənbələr