AZ

Serj Sərkisyandan Gəncə ilə bağlı etiraf

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 44 günlük müharibə zamanı İrəvanı Azərbaycan ərazisində mülki hədəfləri vurduğunu söyləmişdi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan sosial media hesabında yazıb.

“Serj Sərkisyan 44 günlük müharibə zamanı Ermənistan tərəfini Gəncənin mülki əhalisinə hücum etməkdə ittiham edərək, ona qarşı ittihamlar irəli sürmüşdü”, - vitse-spiker qeyd edib.

Rubinyan Sərkisyanın sözlərindən sitat da gətirib: “Erməni tərəfi Gəncədə hərbi hədəfləri yox, mülki əhalini hədəfə alıb”.

Xatırladaq ki, 44 günlük müharibə zamanı, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda hücuma məruz qalıb.

Oktyabrın 4-də baş tutan ilk hücumda 1 mülki şəxs şəhid olub, 30-dan çoxu yaralanıb. İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də olub. Həlak olan və yaralanan olmayıb. Dördüncü raket hücumu isə 11 oktyabrda baş tutub, nəticədə 10 mülki şəxs şəhid olmuş və 40-dan çox insan yaralanıb. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
5
sherg.az

6Mənbələr