Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 81 milyon 943 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, tütün idxalına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 982 min ABŞ dolları və ya 5,1% artıb.
Xatırladaq ki, 2024-cü ilin ilk 8 ayında Azərbaycana xarici ölkələrdən 77 milyon 961 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!