AZ

Məşhur aktrisa vəfat etdi

Dünyada çoxsaylı filmlərdəki rolları ilə tanınan italyan kinoaktrisası Claudia Cardinale 87 yaşında vəfat edib. Vətəninfo.az xəbər verir ki, bu barədə ANSA qəzeti məlumat yayıb.

Bəzi məlumatlara görə, Cardinale Paris yaxınlığındakı Nemurs şəhərindəki evində ailəsinin əhatəsində dünyasını dəyişib.

Claudia Cardinale, 100-dən çox film və televiziya şousunda rol almışdı. O, 1963-cü ildə, məşhur rejissor Federico Fellininin “Səkkiz yarım” (8½) filmində, Marçello Mastroianni ilə birlikdə canlandırdığı rolu ilə geniş tanınmışdı.

Cardinale, həmçinin Luchino Visconti’nin “Bəbir” və Sergio Leone’nin “Bir zamanlar Qərbdə” kimi digər məşhur filmlərinin yaradılmasında da əhəmiyyətli rol oynayıb. Onun ölümü dünya kino ictimaiyyəti üçün böyük bir itkidir.

Seçilən
11
veteninfo.az

1Mənbələr